
Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verdi

Rusiya Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar olaraq, ölkəmizin Rusiyadakı səfirliyi Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Notada qeyd olunur ki, 16 oktyabr 2020-ci il tarixdə Vitali Milonov qondarma separatçı rejimin başçısı ilə görüş keçirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki onsuz da gərgin vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş bir çox təxribat xarakterli bəyanatlar verib.
Bundan əlavə, Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətlərinin həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı böyük diasporanın haqlı qəzəbinə səbəb olduğu və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəldiyi vurğulanıb.
Oxşar xəbərlər

Rusiya Kanadaya nota verdi
Bugun.az

Fransa səfirliyi qarşısında etiraz aksiyası
Son Xeberler

Azərbaycan Fransaya nota verdi
Son Xeberler

Fransa səfirliyindən Rusiyaya müraciət
Son Xeberler

Yaponiya Rusiyaya nota verdi
Son Xeberler

Azərbaycan Fransaya nota verdi -
Son Xeberler