
Azərbaycan XİN-dən Yunanıstan səfiri ilə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın öz səfirini məsləhətləşmək üçün ölkəsinə çağırması ilə bağlı KİV-in sorğusuna cavab verib.
XİN-dən daxil olan açıqlamada deyilir:
"Əlbəttə, hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər. Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib".
Oxşar xəbərlər

Azərbaycan Yunanıstandakı səfirini geri çağırdı
Son Xeberler

Nazir yeni səfiri qəbul etdi
Son Xeberler

Yunanıstan Bakıya meydan oxuyur,
Son Xeberler

Azərbaycan millisi Yunanıstanla bərabərə qaldı
Bugun.az

Ryabkov ABŞ-nin Moskvadakı səfiri ilə görüşdü
Bugun.az

Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi
Son Xeberler