Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı

25.07.2020 19:53 676 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı

Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına çox ağır vəziyyətdə gələn daxil olan 90 yaşlı xəstə Əfqan Əsgərov koronavirusdan sağalaraq evə buraxılıb.

Metbuat.az xəbər verir ki, 90 yaşlı Əfqan Əsgərov vəziyyətinin pis olduğunu görərək xəstəxanaya müraciət edib. Həmin zaman məlum olub ki, o, COVID-19 virusuna yoluxub.

16 gün ərzində müalicə alan yaşlı kişi artıq özünü yaxşı hiss etdiyini deyir.

Əfqan Əsgərovu müalicə edən və Rusiyadan dəvət olunan həkim Alim Hüseynov isə xəstənin qəbulu zamanı onun vəziyyətinin orta-ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığını bildirir.

Mənbə: Baku Tv

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: