Azərbaycanda Baş redaktor qadının boğazını kəsdi - VİDEO

04.01.2021 12:43 921 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda Baş redaktor qadının boğazını kəsdi -

Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.

Hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib. 

Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, bir müddət əvvəl “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M. Nağıyevin mobil telefon satışı ilə məşğul olan mağazalardan birində həmin qadını döydüyü anın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb. //APA

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: