Azərbaycanda hadisə yerinə gedən polislər döyüldü
İyulun 24-də Ağdam Rayon Polis şöbəsinin əməkdaşlarına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.
Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırmalar zamanı həmin gün saat 20:00 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında, hadisə yerinə getmiş Ağdam Rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cavid Quliyev və Razi Naibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Etiketlər
Oxşar xəbərlər
Koredə Türk Dükkanına Hücum: Beysbol Sopası ilə Qo...
Son Xeberler
Notr Dam kilsəsi yaxınlığında silahlı hücum -
Son Xeberler
Arvadının parçalanmış cəsədini bir həftəyə yaxın e...
Son Xeberler
Azərbaycanda 20 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Son Xeberler
Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler
Dənizdə polislərlə gənclər arasında kütləvi dava -...
Son Xeberler