
Son Xeberler
9 abunə
Azərbaycanda hava kəskin soyuyur - XƏBƏRDARLIQ
19.12.2020 10:47
594 baxış sayı
3 dəq. oxuma

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
Xidmət hava ilə bağlı xəbərdarlıqda bildirir ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Dekabrın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi,
lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sabahdan hava soyuyur -
Son Xeberler
518
03/11 10:37

Bakıda hava kəskin soyuyacaq
Son Xeberler
253
05/10 13:11

Oktyabrın 2-si üçün hava xəbərdarlığı: Yağış, şimş...
Son Xeberler
263
30/09 13:25

Növbəti 3 gündə hava kəskin dəyişir
Bugun.az
42
19/10 11:32

Hava kəskin dəyişir -XƏBƏRDARLIQ
Bugun.az
33
27/10 11:52

Azərbaycanda beynəlxalq yük daşımaları kəskin aza...
Bugun.az
132
25/01 13:25


