Son Xeberler
7 abunə
Azərbaycanda karantin rejimi ilə bağlı qərar verilir - Baş nazir AÇIQLADI
06.08.2020 14:18
843 baxış sayı
2 dəq. oxuma
"Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür".
Bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.
"Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb.
Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək", - Baş Nazir bildirib.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Son Xeberler
1,263
18/06 14:35
Bu şəhər və rayonlarda iki həftəlik sərt karantin...
Son Xeberler
1,255
18/06 14:52
Azərbaycanda karantin rejimi yenə uzadılır? -
Son Xeberler
463
26/09 10:15
Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler
774
03/08 07:25
Karatin rejimi uzadılsa Bakı metrosu açılacaq?
Son Xeberler
588
17/07 07:02
İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi il...
Son Xeberler
2,031
18/06 06:39