Son Xeberler
9 abunə
Azərbaycanda karantində toy çalındı: Polis qonaqları saxladı (FOTO/VİDEO)
26.06.2020 07:10
730 baxış sayı
2 dəq. oxuma
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Bərdə regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə onların hər biri 100 manat miqdarında cərimə ediliblər.
Oxşar xəbərlər
Karantinlə bağlı QAYDA DƏYİŞDİ
Son Xeberler
648
07/12 14:00
Azərbaycanın 178 vətəndaşının Gürcüstandan təxliyə...
Son Xeberler
556
22/06 06:40
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır
Son Xeberler
501
21/07 09:30
Koredə Türk Dükkanına Hücum: Beysbol Sopası ilə Qo...
Son Xeberler
48
28/10 14:47
Gürcüstanda koronavirusa yoluxanların sayı 851-ə ç...
Son Xeberler
490
13/06 06:35
FIFA-nın prezidenti koronavirusa yoluxdu
Son Xeberler
369
27/10 16:07