🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyuldu - RƏSMİ AÇIQLAMA - FOTO

24.11.2020 12:33 590 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda kişiyə hamilə diaqnozu qoyuldu - RƏSMİ AÇIQLAMA -

Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə TƏBİB rəsmi açıqlama yayıb.

Araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

Sənəd çap edildikdən sonra səhv elə yerindəcə aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub.

Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş masanın üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

 
 
Paylaş: