Azərbaycanda koronavirusun ikinci dalğası BU AYDA başlayacaq - AÇIQLAMA
Ölkəmizdə koronavirus yoluxmalarının yenidən artması və ya başqa adla ikinci dalğa mümkündürmü? Digər tərəfdən, son günlər ölkəmizdə yoluxma hallarında yenidən artım qeydə alınır. Bu artım narahatlıq üçün əsas verirmi? Artımın bu tempi təhlükəli həddə yüksələ bilərmi?
Bununla bağlı "sonxeber.az"-a ATU-nun dosenti, cərrah Ədalət Rüstəm danışıb:
"Gürcüstanda virusun ikinci dalğasının başlandığını demək olar. Qeyd edilən Avropa ölkələrində ikinci dalğanın başlanmasını doğru hesab etmək olmaz. Mövcud pandemiya şəraitini nəzərə alaraq Azərbaycanda da virusun ikinci dalğasının gəlməsini hesab etmək olmaz. Çünki ikinci dalğa payızın sonlarında başlayacaq. Bu mövsümi xəstəliklər başlayan vaxta təsadüf edəcək. Xəstələnmə sayının enməsini ikinci dalğa hesab etmək olmaz. Çünki birinci dalğa hələ Azərbaycanda bitməyib. Xəstələnmə sayı sıfıradək enəndə birinci dalğanı bitmiş hesab etdilir. Oktyabr ayının sonları, noyabr ayının əvvələri Azərbaycanda koronvirusun birinci dalğası bitmiş hesab ediləcək. Sentyabr ayının əvvəllərinədək biz pandemiyada ikirəqəmli saya qədər düşməliyik. Bu rəqəmlərə yaxınlaşma olsa deməli birinci dalğanı bitirdik, olmasa birinci dalğanı bitirmədən ikinci dalğa başlayacağıq".
Etiketlər
Oxşar xəbərlər
Çində koronavirusun ikinci dalğası nəticəsində 106...
Son Xeberler
''Koronavirusun ikinci dalğası yaxınlaşır" -
Son Xeberler
Bir ay sonra Azərbaycanda COVİD-in üçüncü dalğası...
Son Xeberler
Koronavirusun ikinci dalğası!
Son Xeberler
Havalar isindikcə yoluxma artacaq –
Son Xeberler
Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə...
Son Xeberler