
Son Xeberler
9 abunə
Azərbaycanda nazirlik əməkdaşları güllələndi - RƏSMİ
28.01.2021 09:03
988 baxış sayı
2 dəq. oxuma

Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 27 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gürcüstanda iki azərbaycanlı güllələndi -
Son Xeberler
616
24/12 10:25

Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu realla...
Son Xeberler
464
11/12 18:21

Azərbaycanda daha bir nazirliyin əməkdaşları koron...
Son Xeberler
663
17/06 14:44

Süni intellekt sosial sahədə reabilitasiya və əlil...
Azəri Xəbər
21
24/10 07:25

ABŞ-da daha bir afroamerikalı polis tərəfindən gül...
Son Xeberler
589
03/09 05:31

Azərbaycanda 4,1 ton narkotik məhv edildi
Son Xeberler
625
11/06 08:39


