
Azərbaycanda yeni kanal yaradılacaq

Türkiyənin TRT kanalı AzTV-yə onlara birgə platforma şəklində uşaq kanalının yaradılması üçün müraciət edib.
Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
Onun sözlərinə görə, uşaq kanalının yaradılması 5 ayın, 1 ilin işi deyil. Bu kanalın yaradılması üçün bir neçə il lazımdır:
“ARB-Günəş kanalı var. Amma TRT-nin istədiyi budur ki, bunu AzTV ilə reallaşdırsın. Bunun üçün güclü heyət, texniki imkanlar lazımdır. Bunun üçün yeni layihələr işlənməlidir. Milli uşaq televiziyasının yaradılması üçün iş aparılır, amma buna zaman lazımdır”.
R.Məmmədov qeyd edib ki, uşaq kanalı ən çox maliyyə xərci aparan kanaldır.
Etiketlər
Oxşar xəbərlər

WhatsApp-da Yeni Paylaşım Paneli: Sosial Mediada A...
Texnologiya xəbərləri

Xarici maşınları yoxlamaq üçün "VİN kod" nə vaxtd...
Bugun.az

Azərbaycanda sabiq icra başçısının oğlunun meyiti...
Xəbər Anı

“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki deta...
Son Xeberler

“Qarabağ”ın iki avrokubok matçını bu kanal yayımla...
Xəbər Anı

Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşç...
Son Xeberler