Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - RƏSMİ
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli koronavirusa yoluxub.
Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.
Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.
Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər.
Məlumat üçün bildirək ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler
Azərbaycanda daha bir yüksək vəzifəli məmur korona...
Son Xeberler
Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yol...
Son Xeberler
Azərbaycanda icra başçısının müavini və xanımı kor...
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler
Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı o...
Son Xeberler