Son Xeberler
Son Xeberler

20.08.2020 11:35

6 abunə

507

Azərbaycanda zavod direktoru külli miqdarda cərimələndi RƏSMİ

Azərbaycanda zavod direktoru külli miqdarda cərimələndi

Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb.

"Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7 500 manatdan 10 000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”, - o bildirib.

Etiketlər: