🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycandan savaş xəbərdarlığı - "Daha 25 il oturub gözləməyəcəyik"

26.09.2020 06:12 384 baxış sayı 9 dəq. oxuma
Azərbaycandan savaş xəbərdarlığı -

"Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasını gözləməyəcəyik. Bu məsələ konkret həllini tapmalıdır".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevin Trend-ə müsahibəsində deyib. O, qeyd edib ki, Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki, torpaqlarımız işğaldan azad edilməlidir. İndi Azərbaycan öz seçimini edəcək.

"Biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Nəticədə, Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək". O, qeyd edib ki, prezident İlham Əliyevin səsləndirdiyi hər bir bəyanat, irəli sürdüyü hər bir fikir dünyaya verilən mühüm mesajlardır. Çünki Azərbaycan xüsusilə son dövrlərdə regional gücdən beynəlxalq gücə çevrilmiş ölkə statusuna sahibdir.

"Biz bunu ölkəmizin Qafqaz regionunda həyata keçirdiyi iqtisadi və s. layihələrin dünya əhəmiyyətli layihələrə transfer olunması ilə də göstərə bilərik. Ümumiyyətlə, Prezident İlham Əliyev cənabları tərəfindən aparılan çoxşaxəli islahatlar nəticəsində ölkəmizin söz sahibinə çevirlməsi faktı danılmazdır. Məhz bu kimi amillərin təhlillərini apararkən, dövlət başçımızın çıxış və bəyanatları dərhal dünyanın diqqət mərkəzində yer alır və bu bir reallıqdır, aksiomadır. Eləcə də, işğalçı Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçılıq siyasəti ətrafında irəli sürdüyü fikirlərinin nəticəsidir ki, bu gün beynəlxalq aləm ölkəmizin haqq və ədalətli çağırışlarını dəstəkləyir, ermənilərin vandalizmə, terrora söykənən siyasətlərini pisləyir, işğal altında qalmış torpaqlarımızın azad edilməsi tələbinə dəstək göstərirlər.

Biz bunu xüsusilə Tovuz hadisələri zamanı gördük, şahidi olduq. Bu xüsusdan da təhlil aparsaq, belə nəticə hasil edə bilərik ki, BMT-də dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulayıb ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq.

Belə ki, bütün bu illər ərzində cəbhəboyu ərazilərdə yaşayan Azərbaycan əhalisi erməni vandalları, terrorçuları ilə üz-üzə dayanmağa məcbur olub. Lakin erməni hərbi birləşmələrinin cəbhəboyu mülki əhalinin yaşayış yerlərini hədəfə alması, dağıntılara, insan tələfatlarına səbəb olmasına baxmayaraq, azərbaycanlılar öz evlərini tərk etməyib, əksinə mərdlik nümayiş etdirirlər. Çünki Azərbaycan xalqı Silahlı Qüvvələrimizə inanır. Müxtəlif vaxtlarda Ermənistanın törətdiyi təxribatların qətiyyətlə qarşısının alınması, düşmənin dəfələrlə ağır itki verərək geri otuzdurulması ordumuzun gücünü göstərir.

Təəssüf və narahatçılıq hissi ilə qeyd edirəm ki, bütün dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında terrorçu yuvaları yaradıb, orada terrorçularla hərbi təlimlər və aktiv narkotik vasitələrin ticarəti həyata keçirilir. Bu da təkcə Azərbaycana deyil, bütün qonşu ölkələrə - bəşəriyyətə ciddi təhdid yaradır.

Onu da qeyd edim ki, bu gün Azərbaycan xalqı və yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənc nəsil torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsinin tərəfdarıdır. Həmçinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələrin və tədbirlərin həyata keçirilməsi yönündə maliyyə təminatının yaradılması deməyə əsas verir ki, növbəti illərdə bu faktor öz prioritetliyini saxlayacaqdır. Bizim torpaqların geri qaytarılması üçün kifayət qədər canlı qüvvəmiz, ehtiyatda olan savadlı, bilikli, hərbi-taktiki bilgiləri, səviyyələri yüksək olan zabit heyətimiz, ən müasir standartlara cavab verən hərbi-texniki təchizatımız, güclü Ordumuz var.

O cümlədən, qeyd etdiyim kimi, biz maksimum şəkildə münaqişənin sülh yolu ilə həll olunmasına çalışmışıq, ancaq göründüyü kimi, Ermənistanın mövcud “paşinyan hakimiyyəti” danışıqlar prosesinin dayanmasına səbəb olub. Bu baxımdan, əgər sabah işğalçı ölkə ağır fəsadlara səbəb olacaq vəziyyətə düşəcəksə, məsuliyyəti həmin ölkənin hərbi-siyasi rəhbərliyi daşıyacaq. Ona görə də, ümid edirik beynəlxalq hüquq Azərbaycana münasibətdə də işləyəcək və BMT qətnamələri başqa ölkələrdə yaranan problemlərlə bağlı dərhal işlək vəziyyətə gətirildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də gətirib çıxaracaq".

 
 
Paylaş: