🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanın vasitəçiliyi ilə Somali-Efiopiya böhranı həll olundu

11.12.2024 21:47 11 baxış sayı 2 dəq. oxuma
Azərbaycanın vasitəçiliyi ilə Somali-Efiopiya böhranı həll olundu

Uzun illərdir davam edən Somali və Efiopiya arasındakı böhran, Azərbaycanın fəal iştirakı ilə həll olunub.


Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən zirvə görüşündə Efiopiya Baş Naziri və Somali Prezidenti iştirak ediblər. Görüşdə tərəflər arasında sülh danışıqları aparılıb və münaqişənin həlli istiqamətində mühüm razılığa gəlinib.


Prezident İlham Əliyev ortaq mətbuat konfransında iki ölkə arasında böhrunun aradan qaldırıldığını elan edib. O, bu tarixi razılaşmaya nail olduqları üçün tərəfləri təbrik edib və gələcəkdə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında ikili əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.


Somali Prezidenti Azərbaycanın səylərinə təşəkkürünü bildirərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına hazır olduqlarını vurğulayıb.


Efiopiya Baş Naziri də Azərbaycan Prezidentinə və Azərbaycan xalqına təşəkkürünü bildirib və Azərbaycanın regional sabitliyə verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasındakı yanlış anlaşmaların aradan qaldırıldığını və sülhün bərqərar olduğunu qeyd edib.


Qeyd edək ki, Efiopiya dünyada dənizə çıxışı olmayan ən böyük əhaliyə sahib ölkədir. Somaliland ilə bağlanan dənizə çıxış müqaviləsi Somali tərəfindən kəskin şəkildə tənqid olunmuşdu. Azərbaycanın vasitəçiliyi ilə əldə olunan razılaşma bu gərginliyi aradan qaldırıb.


Paylaş: