
“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? RƏSMİ AÇIQLAMA

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır. Sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.
Məsələ ilə bağlı qazet.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.
"Azəriqaz" İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir", - deyə C.Səfərov qeyd edib.
İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.
"Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.
Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulac...
Son Xeberler

Azərbaycanda rəis işdən çıxarıldı -
Son Xeberler

“Azərişıq”da kadr dəyişikliyi olub
Son Xeberler

“Azərişıq” sahibkarlara müraciət etdi
Son Xeberler

“Azərişıq” “Əsgərə məktub” layihəsinə qoşuldu -
Son Xeberler

"MilliÖN"dən əlavə 1 manat ödənişi ilə bağlı növbə...
Son Xeberler


