Azyaşlı oğlunun gözü qarşısında arvadını öldürdü
Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qızının gözü qarşısında arvadını öldürdü -
Son Xeberler
Nişanlanan azyaşlı qızın qohumu danışdı:
Son Xeberler
Azərbaycanda sabiq icra başçısının oğlunun meyiti...
Xəbər Anı
"Qoy, kişilər arvadını vursun" -
Şou Xəbər
Fransa səfirliyi qarşısında etiraz aksiyası
Son Xeberler
28 il sonra oğlunun məzarı başında: Ürək dağlayan...
Son Xeberler