🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bacım "ağılsızlıq", "tamahkarlıq" ETDİ- Qalmaqallı məktəb direktorunun QARDAŞI

24.12.2020 10:53 2,346 baxış sayı 4 dəq. oxuma
Bacım "ağılsızlıq", "tamahkarlıq" ETDİ-

Nailə müəllimə 27 noyabrda 85 yaşlı anası, oğlu, qızı, gəlini, üç iş yoldaşı, iki müğənni dostu və əlavə olaraq 5 nəfər musiqiçi ilə Azərbaycan xaqınını zəfər qələbəsini qeyd edib. Hamı küçələrə axışıb qələbə sevincimizi küçədə bölüşdüyü vaxtda o bunu evində, özünün ad gününü keçirdərək edib. Həmin videoları da bacım heç kimlə paylaşmadı. Üzərindən bir ay keçəndən sonra, Nailə xanım həmin sərtləşdirilmiş pandemiyadan qabaqkı dövrdə ağılsızlıq, tamahkarlıq edib 12 nəfərlə birgə keçirdiyi ad gününün bəlasına düşdü. O bəlanı da dövlət tərəfindən şiddətli töhmət, hüquq mühafizə orqanları tərəfindən də ən yüksək cərimə edilməklə ödədi. Mən də İctimai Nəzarət Koalisiyasını rəhbəri kimi, dövlətin atdığı bu addımı dəstəkləyirəm. Qanunu pozan insanlar cəzalanmalıdır. Cəmiyyət , cinayət , cəza və onun həddi var.

Bunu karantin qaydalarını pozmaqla özünə ad günü keçirdən 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın qardaşı, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov deyib:

"İnanıram ki, Nailə xanım bundan sonra belə səhvlərə yol verməyəcək. Nailə xanım 44 günlük müharibə dövründə Vətənə biganə qalmayıb, ondan sonrakı dövrdə Qarabağa, Füzuli, Cəbrayıla gedib çıxıb. Hətta İcra başçıları qazilərin yanına getməsinə imkan vermədiyi halda, buna baxmayaraq bacım Maştağada qazilərin evlərində olub.

Bəzən insanlar çox cılız və təkəbbürlü olurlar, yazırlar ki, bir gecəyə Nailə xanım gedib qazilərlə şəkil çəkdirdi. Yaxşı o "karopka" ları, sovqatları da bir gecədə düzəltməd ki?! Nailə xanım "Nəhəng gəmi" mahnısının sözlərini yazandı, öyrədənin öyrədənidi, " İl " in müəlliməsidir. Ancaq nə etmək olar ki? Bir də görürsən bir insan addımını düz atmır, yıxılır, ölür. Bircə səhvi onun bütün fəaliyyətini kölgədə qoyur. Nailə xanımı yetərincə sosial şəbəkədə söyüblər, ona "inək", "donuz" deyiblər. Səviyyəli insanlar da onu insan kimi tanıyaraq deyiblər ki, Allah hidayət etsin. Nailə xanım cəzasını alıb,insanı cəzasına görə bir dəfə danlayarlar".

Paylaş: