Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa edir? - RƏSMİ AÇIQLAMA

04.02.2021 10:15 566 baxış sayı 2 dəq. oxuma
Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa edir? -

Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə və yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də ali məktəblərə görə fevralın 15-dən Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini bərpa edəcəyidir. Belə ki, fevralın 15-dən Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətini bərpa edir?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu barədə rəsmi qərar və məlumat yoxdur:

"Əgər rəsmi qərar olarsa, qabaqcadan tərəfimizdən məlumat veriləcək. Ümumiyyətlə, bu barədə qərarı biz deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Hələlik bu barədə rəsmi heç bir məlumat yoxdur".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: