Bakı metrosu nə vaxt açılacaq? - AÇIQLAMA

04.02.2021 11:38 524 baxış sayı 2 dəq. oxuma
Bakı metrosu nə vaxt açılacaq? -

Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil, ali məktəblər və bağçalarda əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Hazırki vəziyyətdə Bakıda fəaliyyət göstərən avtobusların sayı sərnişin yükünü qaldırmağa qadir deyil. Yaranmış sıxlıq sərnişinlər arasında narazılıqlara səbəb olur. Belə olan halda orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpa edilməsi metronun açılmasını qaçılmaz edir.

Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun açılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar əsasında mümkün olacaq:

"Amma metro həmişəki kimi fəaliyyət göstərməyə hazırdır. Sağlam gündəlik rejim şəraitində metronun bütün infrastrukturu qorunub saxlanılır. Qərargah nə zaman qərar versə, metro işləməyə hazır vəziyyətdə olacaq”.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: