
Bakı, Sumqayıt və Abşeronda məktəbəqədər təhsil bu tarixdən başlayacaq - RƏSMİ

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar verib.
Qərara əsasən, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərə n təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın 1-dən;”;
1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;”.
2. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Etiketlər
Oxşar xəbərlər

Bağçalar bu tarixdən fəaliyyətini BƏRPA EDİR -
Son Xeberler

Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıql...
Son Xeberler

Bu gündən məktəblərdə əyani tədris bərpa olunur
Son Xeberler

Bu şəhərlərdə yuxarı sinif şagirdləri də məktəbə g...
Son Xeberler

Şagirdlər bu qaydada dərsə gedəcək: Nazir açıqladı
Son Xeberler

Bu gündən bağçaların fəaliyyəti bərpa olunur
Son Xeberler