Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib

02.02.2021 09:19 496 baxış sayı 2 dəq. oxuma
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib

Şabran rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Qəza “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Kolin” şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ərazidə işləyən Şabran rayon sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Feyruz Əlövsət oğlunun və Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Əmirağa Ağabala oğlunun üzərinə torpaqla birlikdə taxta şpallar düşüb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: