Bakıda 29 yaşlı iş xanımı vəfat edib FOTOLAR
Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yazıblar. Bildirilib ki, Ülkər yatdığı yerdə ürəktutmasından dünyasını dəyişib. Dostları "Köməkçisi gəlib ki, oyanmır" deyə qeyd ediblər.
Ü.İsgəndərova İnstaqramda "nazlı_design" adı ilə tanınırdı. Nazlı isə onun qızının adıdır.
Qeyd edək ki, Ülkər toy, xına, nişan məclislərinə xonça bəzədilməsi ilə məşğul olurdu. Onun iki övladı var.
Bir müddət əvvəl o, həkim valideynlərinin koronavirusa yoluxduğunu və müalicə aldığını bildirmişdi. Son paylaşımlarının birində Ülkər valideynlərinin səhhətinin yaxşılaşdığını yazıb.
Ülkər 3 gün əvvəl Xalq artisti Mübariz Tağıyevin "Xatirə" mahnısını paylaşaraq "Bu ifa mənə “dünyada ölümdən başqa hər şeyə çarə varmış” kimi hiss etdirir" sözlərini qeyd edib.
Oxşar xəbərlər
Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü
Son Xeberler
Hamlet Xanızadənin xanımı vəfat etdi
Son Xeberler
Tamınmış aktrisa vəfat edib
Xəbər Anı
Bakıda 33 yaşlı kişi intihar edib
Son Xeberler
Bakıda 27 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Son Xeberler
Bakıda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ
Son Xeberler