
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb

Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq üç şam ağacının gövdəsinin üst hissəsindən budandığı məlum olub.
Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.
R.Bağırovun sözlərinə görə hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova “məcburi göstəriş” verilib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İslamiadanın azərbaycanlı qalibi cəzalandırıldı
İdman Xəbər

Zərdabda ağacları kəsən rayon sakini saxlanılıb
Azəri Xəbər

Yanğın törədən şəxs məsuliyyətə cəlb edilidi
Bugun.az

İlham Əliyev: "Qətnamələriniz başınıza dəysin!"
Son Xeberler

Bakıda məktəbli bıçaqlanıb
Azəri Xəbər

Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler


