Bakıda avtobus avtomobillə toqquşdu: Xəsarət alan var

21.01.2021 07:09 461 baxış sayı 2 dəq. oxuma
Bakıda avtobus avtomobillə toqquşdu:
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.
 
Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.
 
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
///Report
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: