Bakıda bank işçisi koronavirusa yoluxdu: Filial bağlandı SON DƏQİQƏ
“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.
Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.
R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub:
“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.
Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
Bakıdakı bu məktəb iki həftəlik bağlandı -
Son Xeberler
Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az
Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
Son Xeberler
Bakıda sevgililər koronavirusa yoluxdu -
Son Xeberler
Makron koronavirusa yoluxdu
Son Xeberler
Qazaxıstanın Səhiyyə naziri koronavirusa yoluxdu
İdman Xəbər