Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO

17.02.2021 07:23 499 baxış sayı 2 dəq. oxuma
Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı -
Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.  
 
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 
 
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir. 
 
 
 
A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: