Bakıda motosiklet sürücüsü yaşlı qadını belə öldürdü - ANBAAN VİDEO

03.09.2020 13:13 828 baxış sayı 3 dəq. oxuma
Bakıda motosiklet sürücüsü yaşlı qadını belə öldürdü -

Bakıda baş vermiş dəhşətli qəza hadisəsi kameraya düşüb.

Hadisə günün qaranlıq saatlarında paytaxtın Nəriman Nərimanov prospektində baş verib. Bir neçə motosiklet sürücüsü yüksək sürətlə hərəkət edərək yarışır. Motosiklet sürücülərindən bir neçəsi öndə gedir. Sonuncu onlara çatmaq üçün sürəti artırır.

Bu zaman piyada keçidindən yolun əks istiqamətinə keçmək istəyən yaşlı qadını vurur.

Hadisə nəticəsində yaşlı qadın yerindəcə keçinir. Motosiklet sürücüsü isə ağır xəsarət alır. Videogörüntüləri təqdim edirik.

Ümid edirik ki, bu görüntülərə baxan motosiklet sürücüləri nəticə çıxaracaq və daha diqqətli olacaqlar. Çünki ani bir səhv iki ailənin həyatını qaraltmış oldu.(Avtosfer.az ) 

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: