Bakıda taksidə uşaq dünyaya gəlib

03.09.2020 17:46 593 baxış sayı 2 dəq. oxuma
Bakıda taksidə uşaq dünyaya gəlib

​Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Bu barədə şirkətin "Facebook" səhifəsində məlumat verilib:

"Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır".

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: