Bakıda xanım direktor həbs edildi - İKİ MİLYONLUQ DƏLƏDUZLUQ / FOTO
Bakıda iki milyonluq dələduzluq edən turizm şirkətinin direktoru həbs edilib.
“Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyeva həbs edilib.
O, həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim etmiş, birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vədlər verilməsi yolu ilə iki milyondan çox ziyan vuraraq dələduzluq ediblər.
Qeyd edək ki, Baş Prokurorluğa Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluqla ələ keçirməsi istiqamətində daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı. (Qafqazinfo)
Oxşar xəbərlər
XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler
Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır
Son Xeberler
Bakıda tanınmış müğənni həbs edildi -
Son Xeberler
Şamaxı Xəstəxanasına yeni direktor təyin edildi
Son Xeberler
Azərbaycanda bu MMC-yə yeni direktor
Son Xeberler