
Bakıda yaşadığı evdə odlu silah gizlədən şəxs saxlanıldı - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunan Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.
Onun yaşadığı evə baxış zamanı bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və altı ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xırdalanda silahlı şəxs saxlanılıb
Son Xeberler

Keçmiş məhkumdan narkotik və silah-sursat götürüld...
Son Xeberler

Bakıda iki silahlı şəxs saxlanıldı -
Son Xeberler

Bakıda üzərində "Kalaşnikov" gəzdirən şəxs saxlanı...
Son Xeberler

Bakıda silahlı şəxs saxlanıldı
Son Xeberler

Xocavənddə qanunsuz silah alverçisi yaxalanıb
Azəri Xəbər


