
Bakıya girişdə tıxac var

Astara-Bakı magistral yolunun Ələt qəsəbəsində qurulan karantin postunda 5-6 km uzunluğunda tıxac yaranıb.
Saat 06:00-dan etibarən şəhərə giriş başlayıb. Polis əməkdaşları vətəndaşları yoxlayaraq icazəsi olanları paytaxta buraxırlar. Buna görə də yolda böyük tıxac yaranıb.
Yolda hərəkət dayanandan sonra bir neçə sürücü qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edərək Bakıya daxil olmağa çalışıb.
Hərəkətsiz qalan avtomobillərin sərnişinləri maşınlardan düşərək bir neçə kilometrlik yolu yeriyərək postu keçiblər.
Eyni zamanda Bakı-Şamaxı magistral yolunda da analoji vəziyyət müşahidə olunur.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakı-Ələt yolunda böyük tıxac yaranıb -
Son Xeberler

COP29: Rayonlardan Bakıya giriş məhdudlaşacaqmı?
Xəbər Anı

Bakıya girişdə müvəqqəti postlar qurulur - VİDEO
Bugun.az

Bakıda tıxaclar: Harada tıxac var?
Bugun.az

Bakıya gələnlərin nəzərinə - Bu ərazilərdə postlar...
Bugun.az

Dünya üzrə bir çox tətbiqə girişdə problem yaranıb
Azəri Xəbər


