Bakıya yeni avtobusların gətirilməsinə başlandı
Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobusun ilk partiyası artıq gətirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, çatdırılma prosesinin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq.
Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını təmin edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı 12 sayda ekspres xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından zəruri hesab olunur.
Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr o cümlədən də Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub.
Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.
Etiketlər
Oxşar xəbərlər
Sabahdan daha bir qadağa qüvvəyə minir -
Son Xeberler
Azərbaycanda daha bir məhdudiyyət ləğv edilir
Son Xeberler
Ekspres xətlər üzrə avtobusların fəaliyyəti
Son Xeberler
DİQQƏT! Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR - VİDE...
Son Xeberler
Bakı Nəqliyyat Agentliyi yüklənib -
Son Xeberler
AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler