Balakəndə polisin reydlərinə könüllülər də qoşuldu
Balakən rayonunda könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə tədbirlərinə qoşulublar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, könüllü gənclər COVID-19 virusundan qorunma üsulları, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat əks etdirilən bukletləri vətəndaşlara təqdim ediblər. Həmçinin koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat veriblər. Könüllülər və polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Oxşar xəbərlər
Qələbə sevincindən ən çox paylaşılan -
Son Xeberler
Almaniya Klubunun Futbolçusu Türkiyə Millisinə Qoş...
Son Xeberler
"Lotu Quli"nin yas mərasimi harada olub? -
Son Xeberler
DİN-dən Kamil Zeynallı barədə rəsmi AÇIQLAMA - VİD...
Son Xeberler
Google-ın təsisçiləri olmayan ilk 10 işçisi indi h...
Texnologiya xəbərləri
Küləyin sürəti 28 m/s-ə çatdı - Narıncı xəbərdarlı...
Bugun.az