BANM-də Xocalı soyqırımı qurbanları anıldı

26.02.2021 11:33 462 baxış sayı 2 dəq. oxuma
BANM-də Xocalı soyqırımı qurbanları anıldı

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi “Ana fəryadı” abidəsini ziyarət ediblər.

Daha sonra Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun direktor müavini, Tarix üzrə fəlsəfə elmləri doktoru Ramilə Dadaşova, Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək təxminən 30 il davam edən düşmən işğalından 44 gündə ərazilərimizi azad etdi. Rektor qeyd edib ki, bununla da, Xocalı soyqırımı qurbanlarının, həmçinin də digər şəhidlərimizin qisası alınıb.

 

 
Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: