
Baş Nazir SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 6 avqust tarixli 2203 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Etiketlər
Oxşar xəbərlər

Pakistanlı nazir koronavirusa yoluxdu
Son Xeberler

Fransanın yeni Baş Naziri bəlli oldu
Son Xeberler

Ermənistanda daha bir nazir işdən çıxarıldı
Son Xeberler

Nazir ƏMR İMZALADI -
Son Xeberler

Putindən yeni nazir təyinatları
Son Xeberler

Prezident nazir müavini təyin etdi -
Son Xeberler