Baş nazir qərar imzaladı - Oktyabrın 1-dək uzadıldı

26.08.2020 12:19 569 baxış sayı 2 dəq. oxuma
Baş nazir qərar imzaladı -

Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Covid-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: