🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

​Batareyası “bitməyən” Redmi Note 14 Pro+ təqdim edildi

26.09.2024 08:25 38 baxış sayı 1 dəq. oxuma
​Batareyası “bitməyən” Redmi Note 14 Pro+ təqdim edildi

Redmi Note 14 Pro+ telefonu təqdim edilib. Metbuat.az xəbər verir ki, Redmi Note 14 Pro+ sələfindən daha böyük batareya təklif edir.

Telefonun 6200 mAh batareyaya sahib olduğu qeyd edilib. Bildirilir ki, Redminin təqdim etdiyi Redmi Note 14 Pro+ orta seqmentli telefonlar arasında bu günə qədər təqdim edilən bütün Redmi modelləri arasında ən böyük batareya tutumuna sahibdir. Qeyd edilir ki Redmi Note 13 Pro+ modeli 5000 mAh batareyaya sahibdir. Note 14 Pro + modelində batareya 1200 mAh daha yüksək tutuma sahibdir. Bu qədər böyük batareyaya baxmayaraq telefonun qalınlığında artım müşahidə edilməyib. Bunun səhəbi Çin markalarının silikon-karbon batareya texnologiyasından istifadə etməsidir.

Note 14 Pro+ modelində batareya artımı istifadəçiləri sevindirsə, bu şarj müddətini artıracaq. Əslində, Note 13 Pro + modelindəki 120 vatt sürətli şarjdan fərqli olaraq, Note 14 Pro + 90 vatt sürətli şarjı dəstəkləyir. Note 14 Pro+ modelində MediaTek prosessorundan istifadə edilib.

Paylaş: