🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib

22.02.2021 13:15 373 baxış sayı 4 dəq. oxuma
“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib

Türkiyənin ilk yerli və milli döyüş PUA-sı “TB2 Bayraktar” 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni bir rekorda imza atıb.

Bu barədə döyüş PUA-larının istehsalçısı “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, 2000-ci illərin əvvəllərindən bəri pilotsuz uçuş aparatları sahəsində ən böyük əlavə dəyər hesab olunan proqram və təchizat sistemlərini  türk mühəndislərindən ibarət heyətlə inkişaf etdirən “Baykar” 13 fərqli sahə üzrə mühəndislik gücü ilə dünyanın qabaqcıl texnoloji şirkətlərindən biri hesab olunur.

Bütün kritik komponentləri, dizaynları və proqramları “Baykar” tərəfindən müstəqil şəkildə inkişaf etdirilən “Bayraktar” dünyada rekord sayılacaq səviyyədə - 93%-lik yerli sənaye iştirakı ilə istehsal edilir.

Qarabağın azad edilməsində mühüm rol oynayıb.

Açıqlamada qeyd olunub ki, “Bayraktar TB2” PUA-ları 30 ilə yaxındır davam edən Qarabağın işğalına son qoyulmasında mühüm rol oynayıb.

Vətən müharibəsi zamanı “Baykar” tərəfindən istehsal edilən “Bayraktar TB2” PUA-ları Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu istifadə edilib. Müdafiə analitiklərinin təsdiqlədiyi araşdırmalara görə, “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus HHM və radar sistemləri, tanklar, zirehli texnika, yük maşınları, artilleriya və istehkam qurğularını məhv edib. Dünyanı təəccübləndirən Azərbaycan Ordusunun bu müvəffəqiyyəti ilə dünya mediası və müdafiə mütəxəssisləri Türk PUA-larının müharibə tarixini dəyişdirərək oyun qurucu bir gücə  nail olduğunu təsdiqləyib.

Şirkət rəsmilərinin məlumatına görə, “Baykar” şirkəti gəlirlərinin çox hissəsini xarici ölkələrə ixracatdan qazanıb. 2012-ci ildən etibarən PUA ixracatını həyata keçirən “Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracatı ilə müdafiə sənayesi kimi strateji bir sahədə böyük müvəffəqiyyət əldə edib. Hazırda Türkiyə PUA-ları ilə maraqlanan bir çox ölkə ilə danışıqların davam etdiyi qeyd olunub.

Paylaş: