Bayram Kərimov və Amin Musayev ilə bağlı YENİ XƏBƏR

30.12.2020 09:10 564 baxış sayı 1 dəq. oxuma
Bayram Kərimov və Amin Musayev ilə bağlı

Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərimiz Amin Musayev və Bayram Kərimov artıq evlərinə yola salınıb.

Hərbçilərimiz əsirlikdən qaytarıldıqdan sonra 14 gün karantində saxlanılıblar. Bu müddət başa çatdıqdan sonra Amin Musayev və Bayram Kərimovun səhhətində heç bir problem aşkar edilmədiyi üçün yola salınıb.

Qeyd edək ki, Amin Musayev Ağstafa rayonuna, Bayram Kərimov isə yaşadığı Gəncə şəhərinə yola düşüblər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: