🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

BƏƏ-də yaşayan azərbaycanlılar qələbəni qeyd etdi

17.11.2020 06:12 330 baxış sayı 3 dəq. oxuma
BƏƏ-də yaşayan azərbaycanlılar qələbəni qeyd etdi

Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşğu ilə qeyd edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza dərin minnətdarlıqlarını ifadə ediblər.

BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində də oxşar tədbir keçirilib. Nuranə Hüseynova və Şəbnəm Əmirovanın təşəbbüsü ilə Abu-Dabi də yaşayan soydaşlarımız Azərbaycanın şanlı qələbəsini qeyd ediblər. Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. 12 yaşlı Ceyla Hüseynovanın “Sarı Gəlin” xalq mahnısının sədaları altında etdiyi rəqs maraqla qarşılanıb.

Münəvvər İskəndərova, Ziba Kalbiyeva, Aysel Məmmədova və “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə koordinatorlarından biri Sabrin Azimin təşəbbüsü ilə Dubay şəhərində daha bir tədbir baş tutub. Tədbirdə Dubayda yaşayan və fəaliyyət göstərən məşhur türk müğənnisi Edin Arslantürkün maraqlı ifaları da səsləndirilib.

Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.

Paylaş: