Bəhram Bağırzadə xəstəxanadan foto paylaşdı FOTO

18.07.2020 07:35 617 baxış sayı 2 dəq. oxuma
Bəhram Bağırzadə xəstəxanadan foto paylaşdı
Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə "Instagram” hesabında paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”
 
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
 
Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb. 
 
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: