Belarus bu ölkələrlə sərhədlərini bağladı

18.09.2020 08:17 530 baxış sayı 1 dəq. oxuma
Belarus bu ölkələrlə sərhədlərini bağladı

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın sərhədlərinin bağlanması haqqında bildirib.

Məlumata görə, sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət üzündən qəbul edilib.

Lukaşenkonun sözlərinə görə, "ordunun yarısını qərb sərhədində saxlamalı, küçələrdən çıxarmalı idi".

Daha əvvəl ölkə prezidenti qeyd edib ki, Belarus ordusunun yarısı qərb sərhədində yerləşdirilib. O, dəfələrlə Belarusu NATO qoşunlarının yerləşdiyi Polşa və Litva ərazisindən hərbi təcavüzün təhdid etməsi barədə xəbərdarlıqla çıxış edib.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: