Bərdədə dəhşətli qəza - 2 ölü, 4 yaralı + Fotolar

21.11.2020 19:42 916 baxış sayı 2 dəq. oxuma
Bərdədə dəhşətli qəza -

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Faktla bağlı araşdırma apaılır.

 

 






O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: