🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bərpa edilən sərhədlər münaqişə zonası deyil” - MN rəsmisi

27.10.2020 16:25 401 baxış sayı 2 dəq. oxuma
“Bərpa edilən sərhədlər münaqişə zonası deyil” -

Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir: “Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür. Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhvs etmək hüququna malikdir”.

Paylaş: