Beşmərtəbəli yaşayış binasında yanğın

22.02.2021 06:39 528 baxış sayı 2 dəq. oxuma
Beşmərtəbəli yaşayış binasında yanğın

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: