“Bir cinayətin cəzasız qalması digər cinayətə yol açır” - Malik Həsənov
“İşğalçı Ermənistan dünyanın gözü qarşısında növbəti terror aktını həyata keçirdi. Oktyabrın 28-də Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 21 nəfərin həlak olması və 70 nəfərin yaralanması bir daha göstərir ki, ermənilərin qəddarlığının, insanlığa qarşı cinayətlərinin həddi yoxdur. 10, 18 və 26 oktyabr tarixlərində əldə edilmiş humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozan işğalçı dövlətin bu müddət ərzində törətdiyi terror aktlarına diqqət yetirsək coğrafiyasının nə qədər genış olduğunu görərik. İki dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, sonra Bərdə şəhərinin raket hücumuna məruz qalması təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında acizliyinin təzahürüdür. Bu cinayətlər, eyni zamanda, dünyaya belə bir mesajı da ünvanlayır ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar nə zamanadək baş verən hadisələrə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində deyil, öz maraqları baxımından yanaşır, bu halda onlardan həqiqətə həqiqət gözü ilə baxmağı gözləmək sadəlövhlük olar: “ 28 ilin reallığı budur ki, vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, həqiqətdə isə Ermənistanın yanında olub ona gizli, yaxud açıq şəkildə maddi və mənəvi dəstək göstərərək ərköyün uşaq kimi əzizləyən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətsizliklərinə görə daim tənqid olunublar. Bu gün də eyni vəziyyət davam edir. ATƏT-in Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi də istəsələr istənilən məsələni həll etmək imkanında, gücündədirlər. Niyə etmək istəmirlər? Məhz bu niyələr Azərbaycan dövlətini narahat edir, sərt bəyanatlar səsləndirməsinə səbəb olur. Azərbaycan bu gün beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərini bərpa edir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Ölkə Prezidenti oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də sual doğuran bu kimi bir çox məqamlara diqqəti yönəltdi.”
“Lakin Ermənistan və onun havadarları bilməlidirlər ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz” söyləyən Malik Həsənov bildirib ki, Azərbaycan Ordusu Bərdənin qisasını döyüş meydanında alır: “Oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etdi. Qələbə xəbərləri xalqımızı qürurlandırır, bütün işğal altında olan torpaqlarımızda bayrağımızın dalğalanacağı günün cox yaxında olduğuna əminliyi artırır. Dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat zəfər yolumuza mane ola bilməz.”
Oxşar xəbərlər
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri
"Ermənistanın dövlət səviyyəsində terror siyasəti...
Son Xeberler
Axtarışda olan 35 nəfər saxlanıldı
Son Xeberler
Yol qəzalarında 4 nəfər öldü Daxili işlə
Son Xeberler
Yol qəzalarında 3 nəfər öldü
Son Xeberler