Bir fotonun göndərdiyi diplomatik mesaj
Yeni Xarici İşlər nazirimiz Ceyhun Bayramov ölkə xaricinə ilk səfərini məhz qardaş Türkiyəyə etdi.
Bu səfər Prezident cənab İlham Əliyevin xarici siyasətdə müəyyən etdiyi prioritetin icra baxımından tərkib hissəsi və ictimai nümayişidir.
Ermənistanın Tovuz istiqamətində hərbi-siyasi təxribatı fonunda Rusiya-Ermənistan hərbi təlimlərindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin baş tutması regional və geosiyasi maraqların Ermənistan-Azərbaycan münaqişəsinə fokuslanmasının təzahürüdür.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın avqustun 11-də ölkəmizin Xarici İşlər və Müdafiə nazirlərini eyni vaxtda qəbul etməsi, qəbuldan yayımlanan foto ilk növbədə Ermənistana, münaqişədə marağı olan tərəflərə diplomatik mesajdır.
Mesajın mənası budur ki, Azərbaycan ərazilərinin qanlı-qadasız sahibinə qaytarılması üçün danışıqlar qapısı işğalçı Ermənistanın üzünə hələ qapanmayıb, belə bir şansı qalmaqdadır.
Əks təqdirdə, Azərbaycan öz torpaqlarını geri qaytarmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə haqqını özündə saxlayır və bundan imtina etməyəcək.
Türkiyə Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun “Görəcəyimiz çox iş, nail olacağımız çox məsələ var” ifadəsi foto vasitəsi ilə göndərilən diplomatik mesajdakı siyasi iradənin davamı, Türkiyə-Azərbaycan qardaşlığının səmimi ifadəsidir.
Oxşar xəbərlər
Azərbaycan XİN bəyanat yaydı
Son Xeberler
İki Ölkəyə Yeni Səfir Təyin Edildi
Son Xeberler
Polşa, Rusiya Rəsmilərini Ölkədən Qovur
KIBRIT MEDIA
Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərp...
KIBRIT MEDIA
48 yaşlı müğənni bikinili şəklini paylaşdı -
Son Xeberler
Şəhid generalımızın oğlu ilə son
Son Xeberler