🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - XTQ giziri+Video

27.11.2020 17:22 526 baxış sayı 3 dəq. oxuma
“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” -

Gizir Qasımov 14 hərbçi yoldaşı ilə birlikdə Cəbrayıl şəhəri istiqamətində 200 erməni əsgərinə qarşı döyüşür. 30 yaşlı gizir həmin anları belə xatırlayır: “Bizə komandir tərəfindən bildirildi ki, geri çəkilin. Həmin istiqamətdə ermənilər böyük qüvvəsi ilə toplaşıb və ora artilleriya zərbələri endiriləcək. Amma biz dedik ki, burada döyüşmək istəyirik. Çünki üz-üzə döyüşlərdə ermənilərin bizdən çəkindiyini bilirdik. 14 nəfər pusquya düşdüyümüz halda ordan çıxıb ermənilərin özünü pusquya saldıq. Onların böyük hissəsini məhv etdik. Qalanları da silah-sursatını, hər şeyi orada qoyub qaçdılar. İçlərində Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubları da var idi. 4 şəhidimiz olsa da, mübarizə apardıq və düşməni qovduq. Həmin döyüşdə çiynimdən snayper yarası aldım. Təəssüfləndiyim isə odur ki, Şuşaya qədər döyüşə bilmədim. Orada igidlik göstərənlərin siyahısında olmaq istəyirdim”.

Qazinin həyat yoldaşı Elmira Hüseynova Raufla fəxr etdiyini bildirib: “Mən bilirəm ki, o, döyüşəcək, döyüşməlidir. Bunun üçün təlimlər keçir. Bu, Raufun vəzifəsidir. O, torpaqlar uğrunda mübarizə aparmalı idi və bunu etdi. Təbii ki, onun üçün qorxurdum, amma buna öyrəşmişəm”.

Bu məqamda söhbətimizə müdaxilə edən gizir də xanımına işarə edərək, "O da mənim döyüşçü yoldaşımdır da...", - deyə gülümsəyir.

 

 



Paylaş: